“Azərbaycan xalqı bu bayramı tam fərqli şəraitdə qarşılayacaq”- Əli Hüseynli
11 Oktyabr 2021 12:31 Siyasət"Bu il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilməsinin 30 ili tamam olacaq". "Olaylar" xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında deyib. Sədr müavini Azərbaycan xalqının 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli şəraitdə, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qarşılayacağını bildirib: "Prezidentin imzası ilə parlamentə daxil olan qanun layihəsi torpaqlarımızın işğaldan azad edildiyi və ərazi bütövlüyünün tam təmin olunduğu bir dövrdə mühüm siyasi və tarixi əhəmiyyət daşıyır".
Ə.Hüseynli vurğulayıb ki, milli tariximizdə müstəsna əhəmiyyət kəsb edən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlər qanun layihəsində daha dəqiq ifadə olunub: "Layihəyə əsasən, mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin Müstəqilliyin Bərpası Günü elan edilməsi nəzərdə tutulur".