Elman Məmmədovdan təklif: “Qarabağ Regional Mədəniyyət Mərkəzi yaradılsın”
11 Oktyabr 2021 11:59 SiyasətMilli Məclisin bu gün keçirilən iclasında deputat Elman Məmmədov təklif edib ki, Qarabağ Regional Mədəniyyət Mərkəzi yaradılsın. Həmin mərkəz isə Şuşada yerləşdirilsin. "Olaylar" xəbər verir ki, iclasda deputat Aqil Abbas isə qeyd edib ki, Mədəniyyət Nazirliyinin başı ayrı işlərə qarışıb. Möhtərəm Prezident Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Ancaq Şuşanın Mədəniyyət Mərkəzi yoxdur. Onun sözlərinə görə, Sumqayıtdan nə bir muğam oxuyan, nə də tarzən çıxıb: "Şuşa Mədəniyyət Mərkəzi Sumqayıtdan ayrılmalıdır. Bu nə deməkdir? Yeni mədəniyyət naziri var. Baxsın, görüsün. Bu gün Şuşa yenidən tikilir. Camaat da yenidən evlərinə qayıdacaq. Belə çıxır ki, onlar yenidən Sumqayıta qayıdacaqlar? Mədəniyyət Nazirliyi Şuşa Mədəniyyət Mərkəzinin fəaliyyətini bərpa etsin".
Milli Məclisin sədri Sahibə Qafarova isə deyib ki, Şuşa işğaldan azad edilib və bütün qurumlar da yerinə qaytarılacaq.