“Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə əməkdaşlığa əhəmiyyət verir” -Spiker
11 Oktyabr 2021 11:28 Siyasət"Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə əməkdaşlığa əhəmiyyət verir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib. Spiker qeyd edib ki, Slovakiyaya səfər çərçivəsində Ermənistanın təxribatları barədə bu ölkənin rəsmilərinə geniş məlumat verib: "Orada Slovakiya parlamentində qəbul olunan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamənin və 1 aprel 2021-ci ildə qəbul olunan "Dağlıq Qarabağ haqqında" adlı qərarın təəssüf doğurduğunu və qəbuledilməz olduğunu bildirdim. Ümidvar olduğumu bildirdim ki, Slovakiya parlamenti də Xocalı soyqırımını tanımağa görə prosedurlara başlayacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31