Milli Məclisin iclası BAŞLADI

Milli Məclisin növbəti plenar iclası başlayıb.

İclasda "Müstəqillik Günü haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Xatırladaq ki, layihəyə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir.

Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31