Qaribaşvili Paşinyanla nəyi müzakirə edib?

"Ermənistana səfərim çərçivəsində Baş nazir Nikol Paşinyanla məhsuldar danışıqlar apardım".

Olaylar.az  xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tvitter hesabında yazıb.

"Ermənistana səfərim zamanı baş nazir Nikol Paşinyanla məhsuldar bir söhbətim olub. Biz ikitərəfli əməkdaşlığı, Cənubi Qafqaz bölgəsi üçün yeni bir sülh təşəbbüsünü və Gürcüstanın sülh naminə fəal vasitəçilik etməyə hazır olmasını müzakirə etdik", - Qaribaşvili qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31