Saakaşvili həbsxanadan yeni paylaşım etdi — FOTO
10 Oktyabr 2021 20:00 SiyasətGürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Facebook səhifəsində yeni paylaşım edib.
Bu haqda informasiyanı "Sputnik Georgia" nəşri yayıb.
"Liza (yeni həyat yoldaşı, Ukrayna Ali Radasının deputatı Yelizaveta Yaskonu nəzərdə tutur) ilə uzun müddətdir birgə yaşayırıq. Bu, gözəl bir sevgi hekayəsidir və özümü xoşbəxt insan kimi hiss edirəm", deyə o, qeyd edib.
O, keçmiş həyat yoldaşı Sandra Rulofsa da "Birlikdə inanılmaz bir həyat" yaşadığı üçün minnətdarlığını bildirib.
Saakaşvili aclıq aksiyasını davam etdirəcəyini və "işi sona çatdıracağını" söyləyib.
Mənbə: demokrat.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
