Rus sülhməramlıları Kəlbəcər rayonunda humanitar aksiya keçiriblər

Rusiya sülhməramlı kontingentinin hərbçiləri Kəlbəcər rayonunun Həsənriz kəndində humanitar aksiya keçiriblər. Humanitar yük Rusiya sülhməramlı qüvvələri tərəfindən Rusiyadan Dağlıq Qarabağa çatdırılıb. 

"Bu gün Dağlıq Qarabağın ucqar bölgələrindən birinə, 48 qaçqın ailəsinin və çoxuşaqlı ailənin yaşadığı Haterk qəsəbəsinə gəldik. Onlara xeyriyyə təşkilatları birliyi tərəfindən bağışlanan ayaqqabı və isti paltar gətirdik. Hər bir ailə üzvünə üç cüt ayaqqabı veriləcək. Bunlar  yay və qış mövsümü üçün  kişi əhalisi üçün  paltar, isti yeleklərdir", -  Rusiya sülhməramlı kontingentinin sözçüsü Dmitri Tusidi deyib.

Aksiya 48 çoxuşaqlı ailəsinin humanitar yardım aldığı Həsənriz qəsəbəsi idarəsinin binasındahəyata keçirilib.

Həsənriz kəndində ümumilikdə 1,5 mindən çox insan yaşayır. Rusiyalı sülhməramlıların yardıma ehtiyacı olanları müəyyən etmək işlərini davam edir.

Rusiya Federasiyası, Azərbaycan və Ermənistan rəhbərlərinın imzaladığı birgə bəyanata əsasən Qarabağ ərazisində 10 noyabr 2020 -ci il Moskva vaxtı ilə saat 00:00-dan etibarən tam atəşkəs elan edilib və Dağlıq Qarabağdakı bütün hərbi əməliyyatlar dayandırılıb.
 

Dağlıq Qarabağda atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya Federasiyasının sülhməramlı kontingenti bu ərazidə yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31