Tatarıstanda matəm elan edildi

 

Tatarıstanda 11 oktyabr matəm günü elan edilib.

Bu barədə respublika prezidentinin mətbuat xidmətinin rəhbəri Liliya Qalimova bildirib.

"Menzelinskdə hadisə yerindəcə yaradılan qərargahın iclasında Tatarıstan Prezidenti Rüstəm Minnixanov 11 oktyabrın matəm günü elan edilməsi haqqında qərar qəbul edib", - deyə Qalimova bildirib.

Xatırladaq ki, Tatarıstanda baş vermiş təyyarə qəzasında 15 nəfər ölüb, 7 nəfər yaralanıb.

Mənbə: olke.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31