İrana qarşı daha bir QADAĞA qoyuldu

 

Almaniya İrana yeni qadağa qoyub.

Almaniyanın Federal Maliyyə Nəzarət İdarəsi İran Milli Bankına ("Bank Melli") qadağa tətbiq edib.

Qazet.az xəbər verir ki, İran Milli Bankının Hamburq filialına artıq müştərilərə maliyyə krediti vermək qadağan edilib. 

Sözügedən idarənin yaydığı məlumatda qeyd olunub ki, bu qadağa Almaniyanın bankçılıq qanunlarının pozulması ilə bağlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31