İran Azərbaycana qarşı bütün kartlarnı ortaya qoydu və nəticəsiz qaldı
9 Oktyabr 2021 12:50 Siyasət"Azərbaycanın işğalda olan ərazilərini azad etməsi regionda yeni bir geosiyasi nizam yaradıb. Bu siyasi nizam İranın Azərbaycana qarşı aqressiv siyasəti və bununla barışmamasına gətirib çıxardı". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, İranın aqressiv tonlarına baxmayaraq Azərbayan prinsipial olaraq öz regional siyasətini uğurla davam etdirir: "İran artıq Azərbaycana qarşı bütün kartlarnı ortya qoydu və nəticəsiz qaldı. Qonşuluq prinsiplərinə zidd olaraq rəsmi Tehran öz xarici siyasətində Azərbayaca qarşı düşmənçilik siyasəti həyata keçirdi. Artıq, Azərbaycan regional siyasətə yön verən ölkədir və müstəqil şəkildə öz siyasətini qurur".
Politoloq deyib ki, Azərbaycanın yaxın tərəfdaşı və müharibədən əvvəl və sonra ölkəmizə hərbi yardımlarını əsirgəməyən İsraillə əlaqələr rəsmi şəkildə üst səviyyəyə qaldırılmalıdır: "İsraildə Azərbaycanın səfirliyi açılmalıdır. İranın son davaranışlarından məlum oldu ki, rəsmi Tehran Azərbaycana qarşı İsraili bəhanə edir. Bu gün İsrail müsəlman ölkələri, xüsusilə ərəb ölkələri ilə əlaqələr qurur və siyasi-hərbi əməkdaşlıq edir. Ona görə də Azərbaycanın İsraildə səfrilik aşması müsəlman dünyası ilə Azərbaycan arasında hər hnası bir problemə yol açmayacaq. Hətta İsraillə Azərbaycan arasında hərbi müttəfiqliq müqaviləsi imzalanmalıdır. İsrail də Azərbaycanla sıx əməkdaşlıq etməkdə maraqlıdır. Hətta Azərbaycan üzərindən Mərkəzi Asiya ölkələri ilə əlaqələri inkişaf etdirir".