Azərbaycan Xüsusi Təyinatlısı Hadrutda-FOTO

Bu gün Hadrut qəsəbəsinin işğaldan azad olunmasından bir il ötür.

Ötən il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi 2020-ci il oktyabrın 9-da düşmən tapdağından azad edildi.

Olaylar.az əməkdaşı Fərid Zöhrabovun Hadrutdan çəkdiyi kadrı günün fotosu adlandırmaq olar.

Bu daşı çoxunuz yəqin ki, xatırladınız. Keçən il Qarabağda Ermənistanın xeyrinə yalan informasiyalar yayan "Wargonzo" jurnalisti Semyon Peqov bu ərazidən etdiyi çəkilişlərlə Hadrutun Azərbaycanda olmadığını sübut etməyə çalışırdı. Deyirdi ki, "əgər Hadruta Azərbaycan əsgəri girmiş olsaydı, biz burada ola bilməzdik".

Həmin tarixdə isə humanitar atəşkəs idi və bundan istifadə edən S.Peqov Beynəlxalq Qırmızı Xaç Komitəsinin missiyası çərçivəsində Hadruta erməni əsgərlərinin meyitlərini toplamaq üçün girən avtomobillə gəlmiş, sözügedən ərazidə çəkiliş aparmışdı. Əlbəttə ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin missiyasına Azərbaycan ordusu atəş açmazdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31