Türkiyə və İran XİN başçılarının müavinləri arasında görüş keçirildi
9 Oktyabr 2021 10:45 SiyasətAnkara şəhərində Türkiyə və İran Xarici İşlər nazirliklərinin nümayəndə heyətləri arasında məşvərət görüşü keçirilib.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Türkiyənin nümyəndə heyətinə xarici işlər nazirinin müavini Sədat Önal və İran təmsilçilərinə isə xarici işlər nazirinin müavini Əli Baqeri Kənin rəhbərlik ediblər.
Məlumata görə, məsləhətləşmədə ikitərəfli əlaqələrlə yanaşı Suriya, Əfqanıstan, Qafqaz, Yəmən başda olmaqla regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31