Pentaqon: Türkiyə ilə müdafiə əlaqələrini genişləndirmək istəyirik
3 Oktyabr 2021 06:33 SiyasətPentaqon rəhbəri Lloyd Austin türkiyəli həmkarı Hulusi Akar ilə telefon danışığı zamanı ABŞ-ın iki ölkə arasında hərbi əməkdaşlığı, xüsusən də terrorla mübarizəni genişləndirmək niyyətini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, ABŞ Müdafiə Nazirliyindən verilən məlumata görə, nazirlər "ümumi terror təhlükəsi də daxil olmaqla" regional mövzularda fikir mübadiləsi aparıblar.
Pentaqon Austinin ABŞ-ın Türkiyə ilə müdafiə əlaqələrinə böyük əhəmiyyət verdiyini təsdiqlədiyini qeyd edib: "Bu yaxınlarda iki ölkə arasında Əfqanıstan mövzusunda işbirliyi də bunu sübut etdi"
Mənbə: azerforum.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31