Ermənilərdən Tərtərdə RƏZİL TƏXRİBAT: Üzdəniraq “atribut” QALDIRILDI – FOTO
3 Oktyabr 2021 06:39 Siyasət"Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin nəzarətində olmasına rəğmən Azərbaycanın bu hüquqi inzibati ərazisində separatçı bir qurumun üzdəniraq "atribut"unun görünməsi yolverilməzdir..."
Ermənilərin "Varknataq", yaxud "Akop Kamari" adlandırdıqları, inzibati-hüquqi cəhətdən Tərtər rayonuna aid olan Lüləsaz kəndində separatçı-terrorçu rejim tör-töküntülərinin əski parçası qaldırılıb.
Mənbə: kaim.az

Bu, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumat və fotodan bəlli olub.
10 noyabr razılaşmasına əsasən Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin nəzarətində olmasına rəğmən Azərbaycanın bu hüquqi inzibati ərazisində separatçı bir qurumun üzdəniraq "atribut"unun görünməsi yolverilməzdir.
Məlumatdan o da bilinib ki, hazırda cəmi 45 ( bəlkə də daha az) erməninin süləndiyi Lüləsaz kəndinin sosial-iqtisadi durumu çox miskindir. Kənddə işıq olsa da, qaz yoxdur. Azərbaycan ordusunun 44 günlük müzəffər yürüşündən sonra təsərrüfat torpaqlarının 57 hektarı dövlətimizin birbaşa nəzarətinə keçib, 38, 4 hektarı isə neytral ərazidədir. Bu cür vəziyyətə rəğmən müharibədən sonra Tərtər rayonunun bu kəndinə 1 köçkün erməni ailəsu yerləşdirilib.
Eyni zamanda Lüləsazın qanunsuz "icma rəhbəri" Qeqam Bedanyan kənddə bərpaya ehtiyacı olan 77 evin olduğunu və onlarda da köçkün ermənilərin yerləşdirilə biləcəyini söyləyib...
Qeyd edək ki, erməni mediasının yaydığı məlumata görə, Xocavənd rayonu ərazisindəki qədim Amaras məbədimiz üzərinə sancılmış separatçıların əski parçasını Azərbaycan hərbçilərinin tələbindən sonra bu günlərdə Rusiya hərbçiləri endirərək ermənilərdən bir daha onu yerinə taxmamağı tələb edib...
Onu da xatırladaq ki, 1992-ci ilin yayındakı uğurlu Ağdərə əməliyyatı zamanı Azərbaycan ordusunun igid döyüşçüləri keçmiş Ağdərə rayonunun onlarla kəndi kimi Lüləsazı da erməni işğalından azad edib. Təəssüf ki, sonradan - daxili və xarici təxrubatlar sayəsində 1993-cü ilin yayında Ermənistan ordusu kəndi yenidən işğal edib. Lüləsaz uğrunda döyüşlər zamanı neçə-neçə döyüşçümüz şəhid olub və yaralanıb...