Moskva NÖQTƏNİ QOYDU: “Ermənistanı Azərbaycana qarşı DƏSTƏKLƏMİRİK” – Türkiyə…

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya jurnalistlərə açıqlama verib.

Kanal.az xəbər verir ki, o, Azərbaycana qarşı Ermənistanı dəstəkləmədiklərini əlavə edib.

"Bəli, Türkiyə Azərbaycanı birmənalı şəkildə dəstəkləyir. Biz bunu bilirik. Amma bu o demək deyil ki, biz digər tərəfdəyik, Ermənistanı Azərbaycana qarşı dəstəkləyirik. Bu belə deyil. Münaqişənin ədalətli yolla həllini dəstəkləyirik, atəşin dayandırılmasını dəstəkləyirik, hərbi əməliyyatların dayandırılmasını dəstəkləyirik"- deyə Nebenzya söyləyib.

Yüksək vəzifəli rusiyalı diplomatın bu açıqlaması Ermənistanda ciddi narahatlıq doğurub. //kaim.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31