Saakaşvilinin xanımı Ukrayna hakimiyyətindən kömək istəyib
2 Oktyabr 2021 07:57 SiyasətAli Radanın deputatı və Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili xanımı Liza Yasko ərinə hüquqi yardım göstərilməsi ilə bağlı Ukrayna hakimiyyətinə müraciət edib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, onun bununla bağlı açıqlaması feysbukda yayılıb.
"Öz dövləti uğrunda sevgi və mübarizə - bu, nəcib işidir! Və mən onun mübarizəsini dəstəkləyirəm. Mixeil Saakaşvili - Ukrayna vətəndaşıdır və biz vətəndaşımızı müdafiə etməliyik!", - o yazıb.
Parlament üzvünün müraciəti Ukrayna prezidenti Volodimir Zelenskiyə və onun ofisinə, Xarici İşlər Nazirliyinin başçısı Dmitri Kulebaya, baş nazir Denis Şmıqala, Ukraynanın Gürcüstandakı səfirliyinə, Avropa monitorinq missiyalarında və BMT-yə ünvanlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31