Saakaşvili belə saxlanılıb - VİDEO

 

 

Xəbər verdiyimiz kimi, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili saxlanılıb.

"Bizim hüquq-mühafizə orqanlarımızın əməkdaşları axtarışda olan Mixeil Saakaşvilinin həbs edilməsi istiqamətində əməliyyat həyata keçiriblər".

Bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.

Baş nazir deyib ki, hüquq-mühafizə orqanlarının onun Ukraynadan Gürcüstana hərəkəti barədə daha öncədən məlumatı olub və proses tam nəzarət altında idi.

M. Saakaşvilinin Gürcüstana qeyri-qanuni yollarla daxil olduğu bildirilir.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31