Gürcüstan Prezidenti Saakaşvilinin əfv edilməsinə münasibət bildirdi
1 Oktyabr 2021 23:49 SiyasətGürcüstan Prezidenti Salome Zurabişvili Mixail Saakaşvilini əfv etməyəcəyini bildirib.
"Bu gün çoxları soruşur ki, Prezident onu (Saakaşvilini - red) əfv etməyi planlaşdırırmı? Bu suala yalnız bir, sadə və qəti cavabımız var - xeyr, bu heç vaxt olmayacaq!", - deyə 69 yaşlı Gürcüstan Prezidenti vurğulayıb.
Gürcüstan Prezidenti bəyan edib ki, Saakaşvili beynəlxalq tərəfdaşların tövsiyələrinə zidd olaraq sabitliyi pozmaq üçün Gürcüstana gəlib.
Mənbə: "Sputnik" Gürcüstan
Mənbə: oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31