Putin və Ərdoğan daha iki nüvə stansiyasının inşasını müzakirə ediblər

Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidə keçirdikləri görüşdə Türkiyədə Rusiyanın iştirakı ilə daha iki nüvə elektrik stansiyasının inşası ilə bağlı məsələni müzakirə ediblər.

"Margin.az"  TASS-a istinadən xəbər verir ki, bunu Rusiya dövlətinin başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Yeni enerji bloklarının inşası mövzusu liderlərin görüşündə müzakirə edilib", - Peskov bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31