Ərdoğan yaxın həftələrdə Azərbaycana gələcək
1 Oktyabr 2021 16:24 SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. "Olaylar"xəbər verir ki, Ərdoğan bunu Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib. Türkiyə Prezidenti səfərinin qarşıdakı həftələrə planlaşdırıldığını açıqlayıb:
"30 ildir işğal altında olan Azərbaycan torpaqları və Qarabağ yenidən azadlığına qovuşdu. Önümüzdəki həftələrdə azərbaycanlı qardaşlarımızla yenidən görüşəcəyik. İşğal altındakı torpaqlarını azad etmək üçün mübarizə aparan bir ölkəyə və Türkiyəyə qarşı kin qoxan münasibətləri heç vaxt unutmayacağıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31