Ceyhun Bayramov Mirzoyanla nələri müzakirə edib?
1 Oktyabr 2021 14:01 SiyasətErmənistanın xarici işlər naziri Ararat Mirzoyan Qarabağ məsələsi ilə bağlı yeni açıqlama verib. Məlumata görə, o, məsələni Minsk qrupu çərçivəsində həll etməyə hazır olduqlarını açıqlayıb. "Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesini ATƏT-in Minsk qrupu çərçivəsində bərpa etməyə hazırdı", - deyə xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib.
O bu açıqlamanı çexiyalı həmkarı Yakub Kulxaneklə birgə mətbuat konfransında söyləyib. Mirzoyan Ceyhun Bayramovla və həmsədrlərlə Nyu-Yorkda BMT sessiyası çərçivəsində baş tutan görüşü barədə də danışıb. "Nyu-York görüşlərində Ermənistan Minsk qrupu çərçivəsində Qarabağ danışıqlarını məlum prinsip və elementlər əsasında bərpa etməyə hazır olduğunu bildirib".
Xatırladaq ki, sentyabrın 24-də Nyu-Yorkda ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycan XİN rəhrəbi Ceyhun Bayramovla Ermənistan XİN başçısı Ararat Mirzoyan arasında görüş baş tutmuşdu.