Milli Məclisin nümayəndə heyəti Qazaxıstan Milli Muzeyi ilə tanış olub

 

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində ölkənin paytaxtı Nur-Sultan şəhərində Qazaxıstan Milli Muzeyində olub.
Burada Azərbaycan nümayəndə heyətinin üzvlərinə muzey barədə ətraflı  məlumat verilib. Bildirilib ki, muzeydə qazax xalqının tarixini əks etdirən eksponatlar, mədəniyyət və incəsənət nümunələri nümayiş etdirilir. Milli Məclisin nümayəndə heyətinin üzvləri qazax xalqının qədim milli geyimlərini, həyat tərzini, tarixi inkişaf yolunu əks etdirən nümunələrlə tanış olublar.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova muzeyin Xatirə Kitabına ürək sözlərini yazıb və  hədiyyələr təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31