Milli Məclisin nümayəndə heyəti Qazaxıstanda Nazarbayev Universitetində olub

 

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində ölkənin paytaxtı Nur-Sultan şəhərində Nazarbayev Universitetində olub.
Nümayəndə heyətini qarşılayan universitetin rektoru Şeqeo Katsu məlumat verib ki, bu ali təhsil ocağında dünyanın bir çox ölkələrindən olan tələbələr təhsil alır. Onların arasında azərbaycanlı  tələbələr də var. Bildirilib ki, universitetdə 8 fakültə fəaliyyət göstərir. Milli Məclisin sədrinə və nümayəndə heyətinin üzvlərinə universitetdə tədris prosesi, laboratoriyaların fəaliyyəti, universitetin beynəlxalq əlaqələri və əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verilib. 
Sonra Azərbaycan parlament nümayəndə heyəti müasir informasiya texnologiyalarının nailiyyətlərinin universitetdə tətbiq olunduğu sahələr, tələbələrin robotların hazırlanması sahəsində uğurları ilə tanış olublar.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31