“Ölkədə “Siyasi vəzifələr haqqında” qanun qəbul edilməlidir”- Ziyafət Əsgərov
30 Sentyabr 2021 13:39 SiyasətMilli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Ziyafət Əsgərov iki təkliflə çıxış edib."Olaylar"ın xəbərinə görə, deputat "Siyasi partiyalar haqqında" yeni qanunun qəbul edilməsinin vacibliyini vurğulayıb: "Yeni qanun layihəsində hakimiyyətlə siyasi partiyalar arasında münasibətlər dəqiq göstərilməlidir və yeni dövrün tələbinə uyğun olmalıdır".
Deputatın İkinci təklifi dövlət qulluğu ilə bağlı olub: "Ölkədə "Siyasi vəzifələr haqqında" qanun qəbul edilməlidir. Biz hələ müəyyənləşdirə bilməmişik ki, indiyə kimi nazir, komitə sədrindən hansı siyasi vəzifə hesab olunur. Bu qanunla biz bilək ki, kim siyasi işlə, kim dövlət qulluğu ilə, kim də məmur işi məşğuldur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31