“Sosial şəbəkələrlə bağlı ayrıca qanun qəbul etməliyik”- DEPUTAT

Milli Məclisin deputatı Sahib Alıyev parlamentin plenar iclasında sosial şəbəkələrlə bağlı məsələlərə toxunub. "Olaylar"ın xəbərinə görə, deputat bildirib ki, sosial şəbəkələrlə bağlı ayrıca qanun qəbul etməliyik: "Hazırda Azərbaycana qarşı informasiya savaşında sosial şəbəkədən faydalanırlar. Təəssüf ki, bundan bəzən çox uğurla faydalanırlar. ABŞ-da olan bəlli bir qrup sosial şəbəkələrdə Azərbaycanda demokratiyanın olmaması və s. ilə bağlı uydurmalar yayır. Sonra bizə qarşı olan beynəlxalq təşkilatlar bu uydurmalardan istifadə edir. Bundan başqa, 44 günlük savaşımızda Azərbaycanın rolunun azaldılması, dini məzhəblə bağlı yozmalar var. Sosial şəbəkədə bəzi qruplar ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanlarına bağlıdır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31