Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşü bölgəmizə nə verə bilər?

"Türkiyə və Rusiya prezidentləri arasında Soçidə keçirilən görüş başa çatsa da müzakirələr davam etməkdədir. Belə görüşlərin  Azərbaycanın maraqları çərçivəsində  Qarabağda sülyaratma prosesinə və həmçinin nəhəng tranzit layihələrin gerçəkləşməsinə təkan verəcəyi ehtimalı böyükdür". Bunu "Olaylar"a deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli qeyd edib ki,  Türkiyənin bölgədə Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı mövqeyini Rusiyanın da qəbul edəcəyi reallığa  çox yaxındır: "Çünki  Qərbin  və ABŞ-ın iqtisadi sanksiyaları ilə üzləşən Rusiya  Turkiyə ilə birgə strateji layihələri genişləndirməyə məcburdur. Digər tərəfdən Zəngəzur dəhlizinin reallaşması Türkiyənin olduğun kimi Rusiyanının da maraq dairəsindədir. Bir sözlə  mövcud şəraitin diktəsilə dərinləşən Türkiyə-Rusiya iqtisadi əməkdaşlığı Qarabağda  və ümumilikdə regionda sülhyaratma prosesinə təkan verə bilər. Təbii ki, Ərdoğan-Putin görüşü yalnız  Cənubi Qafqaz  məsələləri ilə yekunlaşmırdı. Mediaya geniş məlumatlar verilməsə də aydın məsələdir ki, dünyanın bir sıra regionlarında gedən proseslər  dövlət başçılarının müzakirə mövzusu olub. Şübhəsiz ki, hər iki dövlətin uyğun gələn, üst-üstə düşən  və həmçinin zddiyyət təşkil edən maraqları var. Müşahidələr göstərir ki, Qarabağla,  ümumilikdə, Cənubi Qafqazla bağlı  proseslərdə  Türkiyə -Rusiya strateji mahiyyət kəsb edən əməkdaşlığı gələcək üçün  effektli ola bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31