“Yeni şəraitdə biz həllini gözləyən məsələlərin tənzimlənməsini istəyirik”- Elman Nəsirov
30 Sentyabr 2021 11:29 SiyasətPrezident Ilham Əliyevin Türkiyənin "Anadolu" agentliyinə və eyni zamanda Fransanın "France 24" kanalına müsahibəsində səsləndirdiyi fikirlər barəsində Olaylar.az-a müsahibə verən millət vəkili Elman Nəsirov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə və eyni zamanda Fransanın "France 24" kanalına geniş müsahibələr verdi: " Bu müsahibələrdə postmüharibə dövrünün reallıqları ilə bağlı fikirlər səsləndirdi. Müharibə bitib, münaqişə bitib. Yeni reallıqlar yaradılıb. Bu reallıqları yaradan məhz Azərbaycan dövləti və onun silahlı qüvvələridir. Yeni şəraitdə biz həllini gözləyən məsələlərin tənzimlənməsini istəyirik. Biz əməkdaşlığa hazırıq. Bu mənada "France 24" kanalının müxbirinin Azərbaycan Prezidentinə "əməkdaşlığa başlamaqla bağlı Ermənistan baş nazirinə telefon zəngi edə bilərmi" sualına cavabında dövlət başçımız qeyd etdi ki, belə bir ənənə yoxdur. Ümümiyyətlə Ermənistan üçün bu daha çox lazımdır. Onlar düşdüyü nəqliyyat blokada vəziyyətindən çıxsın. Ermənistan bu əməkdaşlıqda daha çox maraqlı olmalıdır. Cənab Prezident vurğuladı ki, prinsp etibarilə yüksək səviyyəli danışıqlara etiraz etmir. Adətən bu danışıqları ATƏT-in Minsk Qrupu təşkil edir. Prezident həmçinin ATƏT-in Minsk Qrupunun da fəaliyyətinə toxundu. Qeyd etdi ki, müharibədən sonra onlarla bir dəfə görüşmüşük, lakin onların heç bir təklifinin olmadığı üzə çıxıb. 28 illik müharibə fəaliyyəti ilə bağlı heç bir konstruktiv mövqe ortaya qoya bilməyiblər. Eyni zamanda Prezident vurğuladı ki, ATƏT-in Minsk Qrupu postmünaqişə dövrünün həllini gözləyən problemlərinin tənzimlənməsinə təsir göstərməlidir. ATƏT-in Minsk Qrupu bu danışıqları bərpa edəcəyi təqdirdə ilk növbədə Ermənistan -Azərbaycan münasibətlərinin yaranması və onun tənzimlənməsi ilə bağlı məsələlərin həllinə dəstək verməli, iki dövlətin xalqları arasında etimad mühütinin formalaşmasına köməklik göstərməlidir. Nəqliyyat kommunikasiya xətlərinin açılması, Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı yardım göstərməlidir. Ancaq məlum olduğu kimi Ermənistan kimi bütün cəhdlə çalışır ki, bu məsələlərin həllindən öncə status məsələsini gündəmə gətirsin. Bu mövzu ilə bağlı Cənab Prezident sərt şəkildə öz fikirlərini ifadə etdi ki, "Status yoxdu ! Status məsələsi həllini tapıb, Heç bir Dağlıq Qarabağ inzibati ərazi vahidi yoxdur!" Var Qarabağ iqtisadi rayonu, var Zəngəzur iqtisadi rayonu. BMT, digər qurumlar, Azərbaycana istinad edərkən məhz elə bu ifadələrdən istifadə etməlidirlər. Bu ifadə ümumiyyətlə bizim leksikonumuzda yoxdur. Bunu bilsinlər. İkinci bir dövlət yaratmaq istəyən getsin öz ərazisində yaratsın, tanıtsın, inkişaf etdirsin. Hətta biz də tanıyarıq. Bizim dəyişməz, prinsipional mövqeyimiz də budur. Cənab Prezident eyni zamanda onu da vurğuladı ki, biz əməkdaşlıq istəyirik, ölkədə davamlı sülh , davamlı təhlükəsizlik mühüti istəyirik. Onun formalaşmasına biz hazırıq. Amma Ermənistan tərəfi unutmasın ki, bir də Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına , Azərbaycan xalqının təhlükəsizliyinə təhdid yaradarsa , yenə belə bir ağılsız addım atarsa , Dəmir yumruq yenidən onların başını əzəcəkdir. Bu dəyişməz reallıqdır və bunu Ermənistan bilməlidir .
Mehriban Xəlilli