Putin Ərdoğana təşəkkür edib
29 Sentyabr 2021 19:56 SiyasətRusiya Prezidenti Vladimir Putin ölkəsinə səfər etdiyi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Məlumatı "RİA Novosti" yayıb.
Rusiya lideri bildirib ki, pandemiya səbəbindən 1,5 il görüşməyiblər, bununla belə daim təmas saxlayıblar:
"Sağ olun ki, dəvəti qəbul edib Rusiyaya gəldiniz. Epidemiya il yarım bizim şəxsən görüşməyimizə imkan vermədi. Ancaq bu müddət ərzində biz daim təmasda olmuşuq".
Qeyd edək ki, Vladimir Putin sentyabrın 14-dən koronavirusa görə özünütəcrid rejimində olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31