Türkiyə Rusiyaya təşəkkür edib
29 Sentyabr 2021 20:28 Siyasət"Türkiyə yay aylarında respublikanı bürümüş meşə yanğınları ilə mübarizəyə verdiyi töhfəyə görə Rusiyaya minnətdarlığını bildirir".
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi şəhərində Rusiya lideri Vladimir Putinlə danışıqlar zamanı bildirib.
"İlk növbədə, ölkəmizdə baş verən yanğınların söndürülməsində köməklik etdiyiniz üçün sizə minnətdarlığımı bildirmək istəyirəm. Meşə yanğınları ilə mübarizəyə verdiyiniz töhfəyə görə təşəkkür edirəm"- , deyə Türkiyə Prezidenti açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31