“Azərbaycan heç bir vaxt öz ərazisində, hansısa Ermənistan dövlətinin yaranmasına  razılıq verməyəcək”- Arzu Nağıyev

Sentyabrın 28-də  İlham Əliyevin "France-24" televiziya kanalına müsahibəsində səsləndirdiyi fikirlər barəsində Olaylar.az-a  açıqlama verən  millət vəkili Arzu Nağıyev bildirib ki,  prezident   müsahibəsində bir sıra vacib məsələlərə toxundu. Əsas məsələlərdən biri   beynəlxalq səviyyədə Ermənistana təzyiq  mexanizmi artmalıdır. Ermənistan   birmənalı şəkildə 10 noyabr sazişinin  maddələrini yerinə yetirməlidir. Əgər beynəlxalq təşkilatlar, eyni zamanda ATƏT-in Minsk Qrupu bu prosesdə  deklorativ bəyanatlardan başqa hər hansısa  ciddi bir iş görmək istəyirsə, Ermənistan - Azərbaycan rəhbərliyinin görüşünü ən yüksək səviyyədə təmin etməlidir. Hansısa tövsiyyə xarakterli  materiallar  və yaxud fikirlər demək,  bu təbii ki, qalib bir ölkə olaraq, diqtə edən tərəf kimi Azərbaycan tərəfindən qəbul edilməzdir.

"Bu müsahibədə digər vacib  məqamlardan biri də  beynəlxalq təşkilatların ciddi hüquqi qiymət verməsi və bu proseslərdə yardımçı olması, Ermənistanı sülh müqaviləsinin imzalanmasına təhrik etməsidir. Əks halda regional təhlükəsizliyin sonu qlobal təhlükəsizlik təhdidinə gətirib çıxarır.Düşünürəm ki, bununla bağlı  Cənab Prezident çox mühüm məqamlara toxundu. Beynəlxalq təşkilatlar başa düşməlidir ki, Azərbaycan öz  ərazi bütövlüyünü bərpa etmək üçün bütün əldə olan vasitələrdən istifadə edib. BMT-nın illərdir yerinə yetirə bilmədiyi qətnamələri , eyni zamanda  icra mexanizmləri olmayan qətnamələri  Azərbaycan xalqı hərbi yolla tam şəkildə yerinə yetirdi və öz suverenliyini bərpa etdi. Əsas məqam, istər ermənilərin havadarları, istər də digər ünsürlər və dövlətlər birmənalı şəkildə başa düşməlidir ki, Azərbaycan heç bir vaxt öz ərazisində, hansısa Ermənistan dövlətinin yaranmasına  razılıq verməyəcək. Kim ikinci dövlət yaratmaq istiyirsə onu öz ərazilərində yarada bilər"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31