"Qarabağda Monitorinq Mərkəzi regionda sabitliyin ciddi təminatıdır"- Putin
29 Sentyabr 2021 15:43 SiyasətQarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəal şəkildə işləyir və regionda sabitliyin ciddi təminatıdır.
Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.
V.Putin bildirib ki, Türkiyənin Qarabağdakı vəziyyətə təsiri regionda sülhə xidmət edir: "Birgə əməkdaşlıq sabitliyin və tərəflərin sülhə yönəlmiş növbəti addımlarının razılaşdırılmasının ciddi təminatıdır". (trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31