TƏHLÜKƏLİDİR....

JALƏ  Mütəllimli

Şəhidlərin anım günündə bir molla arvad anti-Israil təbliğatı aparırdı şəhid məzarı üstündə. Iranı təbliğ edirdi. Indi də bir video çıxıb qarşıma, baxıram, Polad Həşimova şəhid şiə general deyir molla. Şəkildəki qardaşımız sözünü ağzında qoyur mollanın: "Yığışdırın bu söhbəti, biz orda döyüşəndə, qan tökəndə, torpaq azad edəndə, kimin, kim olduğuyla maraqlanmırdıq, hamı vətən, dövlət, torpaq və qardaş deyirdi". Deməm o ki, mövzudan mövzuya tullanırlar ölkə qarşısın, dövlətin əli zəifləsin deyə. Təklif edirəm, bu mollalar cinsiyyətindən asılı olmayaraq xəbərdarlıq alsın. Dünən bir, bu gün iki, sabah on olacaq. Sonra da dövlət imanlılara, çadralılara qarşı çıxdı deyəcəklər aidiyyatı qurumlar əllərini dəbəedən kimi. Beşikdədirlər, faktlar var əldə, beşikdə boğmaq azımdır. Həm dərs olsun, həm də geri bassınlar. Qarabağ diplomatik masadaykən:

Din, təhlükəli mövzudur...

Dini cərəyanlar, təhlükəli mövzudur...

Missionerlər, təhlükəli mövzudur...

Təriqətlər, təhlükəli mövzudur...

Dini azlıqlar, təhlükəli mövzudur...

Milli azlıqlar, təhlükəli mövzudur...

Narkotiklər, təhlükəli mövzudur...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31