“Zəfər Əsəri” adlı rəsm sərgisi keçiriləcək
29 Sentyabr 2021 11:47 Siyasət"İrəli" İB-nin təşkilatçılığı ilə oktyabr - noyabr ayları ərzində "Zəfər Əsəri" adlı rəsm sərgisini reallaşdırılacaq. "Olaylar" xəbər verir ki, sərginin təşkil olunmasında əsas məqsədi Vətən müharibəsində Müzəffər Ordumuz tərəfindən 44 gün ərzində qazanılan şanlı qələbədə igidlik və şücaət göstərən qəhrəmanlarımızın döyüş yolunu, onların cəsarət və mərdliyini, keçən 44 günün sevinc və kədərini, azad olunmuş torpaqlarımızın gözoxşayan təbiətini tərənnüm etmək, uğruna canlar verilən Qarabağın tarixini, mədəniyyətini, irsini gənc nəslə daha yaxından tanıtmaq və rəssamlıq sənəti üzrə istedadlı gənclərin rəsm əsərlərini nümayiş etməkdən ibarətdir.
Bakı şəhərində keçiriləcək "Zəfər Əsəri" rəsm sərgisinə müraciətlər onlayn olaraq www.ireli.az veb-saytından qəbul olunur. Sərgi üçün yalnız:
• A3 və ya daha böyük formatda işlənən;
• Qarabağın təbiətini vəsf edən, müzəffər ordumuzun şanlı qələbəsini, igidlərin döyüşdəki ruhunu təcəssüm edən əsərlər qiymətləndiriləcək.
Qeyd edək ki, rəsmlərin işlənmə texnikası sərbəstdir. Əgər Siz də öz rəsmlərinizlə birgə "Zəfər Əsəri" sərgisinin bir parçası olmaq istəyirsinizsə qeyd olunmuş linkdən müraciət edin.
Layihədə iştirak üçün yaş həddi: 16-25 yaş
Son müraciət tarixi: 25.10.2021 23:59
Müraciət linki: http://ireli.az/zefereseri/