Putin həmkarı Ərdoğanla Soçiyə səfər edəcək

Olaylar.az   TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 29-da  Soçiyə bir günlük işgüzar səfər edəcəyi, Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi məlum olub.  Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

Koronavirus pandemiyası hər iki ölkənin prezidentləri  arasındakı müntəzəm əlaqələrdə bir çox dəyişikliklərə səbəb olub. 2019 -cu ilin martından 2020 -ci ilin martına qədər Putin və Ərdoğan on görüş keçirib.

Qarşılıqlı görüşlərindəki fasiləyə baxmayaraq, iki ölkə başçısı davamlı şəkildə telefon danışıqları ilə əlaqə saxlayırdılar.

Əlavə olaraq,  Putin və Ərdoğanın Suriya, Liviya, Əfqanıstan və Qafqazdakı ticarət, iqtisadi əməkdaşlıq və digər mövzular  barəsində  müzakirə edəcəklərini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31