Status məsələsi BİTDİ

"France-24" kanalının İlham Əliyevə ünvanladığı suallar Ermənistanın, həm də Qarabağda "status" istəyən Fransanın mövqeyinə uyğun idi, qərəz aşkar görünür". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Əliyev nəinki "status", muxtariyyət belə verilməyəcəyini bəyan etdi:  "Əliyev deyir: Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman "yox" deyirdilər - yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır.

Jurnalist soruşur: Yəni, onlara muxtariyyət verilməyəcək. Bu, artıq müzakirə mövzusu deyil?

Əliyevin cavabı: "Tamamilə doğrudur, bu, artıq müzakirə mövzusu deyil". Və bunun elə Fransanı təmsil edən kanaldan bəyan edilməsi Makrona və "status" deyən hər kəsə verilən ən tutarlı cavabdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31