Ərdoğan Baydenlə görüşəcək

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan oktyabrın sonunda ABŞ Prezidenti Co Baydenlə təkbətək görüşəcək.

"TRT Haber" xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Romada "G-20" Liderlər Zirvəsi çərçivəsində ABŞ Prezidenti Co Baydenlə görüşəcək.

Görüşün özəl şəkildə keçiriləcəyi bildirilib. Məlumata görə, görüşdə təkcə ikitərəfli məsələlər deyil, eyni zamanda "S-400" və "F-35" ilə bağlı addımlar müzakirə edilə bilər. İki liderin gündəm məsələlərindən birinin Əfqanıstandakı son vəziyyət olacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31