“Beynəlxalq münasibətlərdə güc həmişə həlledici amildir POLİTOLOQ
28 Sentyabr 2021 15:06 Siyasət"Prezident İlham Əliyev İrana başa saldı ki, hər şeydən xəbərimiz var və ərazi bütövlüyümüzə hörmət etməlisiniz, ya da buna məcbur olacaqsınız". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, beynəlxalq münasibətlərdə güc həmişə həlledici amildir: "Münaqişəni güc yolu ilə həll edən Azərbaycan genişləndirməyə gedərək, bu gücdən ilk dəfə İrana qarşı da istifadə (Gorus-Qafan yolunun bağlanması) etdi və nəticə əldə etdi. İranın Cənubi Qafqaza çıxışı böyük ölçüdə Azərbaycandan asılı vəziyyətdədir və bu asılılıq artan xətlə davam edəcək. İran Avrasiyada geosiyasi dəyişiklikdən pay əldə etmək üçün də Bakı və Ankara ilə hesablaşmalı olduğunu anlayır. Bakı addımlarını həmişəki kimi geosiyasi reallıqlarla uzlaşdıra bildiyi üçün nəticəni də əldə edə bilir. Və bu prosesdə güc tətbiqinin arealını genişləndirməsi ən mühüm məqamdır".