Putin və Ərdoğan Cənubi Qafqazda vəziyyəti müzakirə edəcəklər
28 Sentyabr 2021 13:36 SiyasətSentyabrın 29-da Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin görüş zamanı ticari-iqtisadi tərəfdaşlıq məsələlərini, Suriya, Livan, Əfqanıstan və Cənubi Qafqazda vəziyyəti müzakirə edəcəklər.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.
Liderlər bir sıra aktual beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, R.T.Ərdoğan sentyabrın 29-da Rusiyaya səfər edəcək. İki ölkə prezidenti arasında görüş Soçi şəhərində keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31