Bakı Biznes Universitetində anım tədbiri

27 sentyabr - Anım Günü ilə əlaqədar Bakı Biznes Universitetində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə hörmət əlaməti olaraq anım tədbiri keçirilib. Tədbirdəşəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov çıxış edərək 44 gün davam edənvə tarixi Qələbəmizlə nəticələnən İkinci Qarabağ müharibəsindən bəhs edib. Rektor qeyd edib ki,Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu

Rektor çıxışında xüsusilə vurğulayıb ki, Vətən müharibəsində qazi olmuş, eləcə də savaşda iştirak etmiş tələbə-məzunlarımıza, şəhid olmuş məzunlarımızın ailələrinə Bakı Biznes Universiteti hər zaman dəstək olmuş və bundan sonra da əlindən gələni əsgirməyəcəkdir.

Anım tədbirində Vətən müharibəsinə həsr edilmiş sənədli film nümayiş etdirilib.

Tədbirin sonunda Bakı Biznes Universitetinin Vətən müharibəsində çətin və şərəfli döyüş yolu keçmiş tələbə-məzunlarından bir neçəsi müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına apardıqları mübarizədən və döyüş xatirələrindən danışmışlar. Onlar bu Qələbənin Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu və heç bir zaman bu qəhrəmanlığın unudulmayacağını qeyd ediblər.

Tədbirdən sonra universitetin rektoru ilə qazi olmuş, eləcə də müharibədə iştirak etmiş tələbə-məzunlarımızın xüsusi görüşü keçirilib. Görüşdə rektor onların problemləri ilə ayrı-ayrılıqda maraqlanıb, onlara olan hörmətini və dəstəyini bir daha ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31