"Bir il əvvəl zəfər yolunda qardaşlarımızla birgə çiyin-çiyinə idik "- Hüseyn Altınalan

Bir il əvvəl zəfər yolunda qardaşlarımızla birgə çiyin-çiyinə idik.

Olaylar.az bildirir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan deyib.

H.Altınalan bildirib ki, 27 sentyabr 2020-ci il Azərbaycanın şanlı tarixində bir səhifənin daha yazılmağa başladığı gündür:

"Qarabağın azad edilməsində böyük qəhrəmanlıq dastanı yazarkən canlarını fəda edən əziz şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə şəfa diləyirik".

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur. (trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31