Prezident İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət ediblər - FOTOLAR

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Olaylar.az  AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı, birinci xanım Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31