AZƏRBAYCAN olmaq var indən belə...UNUTMAQ YOX!..

Unutmaq yox, vətən parcalananda, can deyənləri!

Unutmaq yox, vətən üçün can verənləri!

Unutmaq yox, şəhid balaları!

Unutmaq yox, şəhid ataları!

Unutmaq yox, şəhid anaları!

Şəhid körpələri, unutmaq yox!

Soyqırımları, unutmaq yox!

Türk qanına, türk soyuna, azərbaycanlıyam deyənlərə, qıyanları, unutmaq, yox!

Dinə, imana, çamur atanları, unutmaq yox!

Terrorçunu unutmaq, yox!

Ermənini unutmaq, yox!

Unutmaq yox, şimaldan əsən küləkləri!

Cənubdan gələn mehləri!

Tarixi Zəngəzur, Qarabağ, Təbriz, Ərdəbil, Gəncə, Şamaxı, Quba, Bakı, Xocalı soyqırımlarını, UNUTMAQ yox!

Axan qanları unutmaq yox!

Gedən canları unutmaq yox!

Şəhid xoşbəxtlikləri, unutmaq yox!

Milli ruhu sarsıtmaq, yox!

Qazini unutmaq, yox!

Itkini unutmaq, yox!

Düşməni, dostu unutmaq, yox!

Tarixi unutmaq yox!

Ağlamaq, yox!

Əzilmək, yox!

Qorxmaq, yox!

Çəkinmək, yox!

Çəkilmək, yox!

...Və kütlə...Və toplum yox, MILLƏT, DÖVLƏT, XALQ olmaq var, indən belə!

Iki yüz il əvvəlki NƏHƏNG AZƏRBAYCAN olmaq var, indən belə!

Vətəndaş olmaq!

Adil olmaq!

Vətən adamı, VƏTƏN ADAM olmaq lazım indən belə!

Cəsarətli, mübariz olmaq var indən belə!

Göz yaşını udmaq, içərinə axıtmaq var, indən belə!

Bütün gözəl əlbisələrinin altından zireh geymək var indən belə! Ağıldan, savaddan, məlumatdan ibarət.

Döyüşçü olmaq var, döyüşmək var indən belə,

MÜHARIBƏSIZ!

VƏTƏN, DÖVLƏT adı, öz adından uca olmalı indən belə!

Öncə Allah, sonra VƏTƏN, sonra evim, demək var indən belə!

Gələn nəsil evim vətəndir deməli indən belə!

Bizi kimsə bağışlamaz bu olmasa...

...Nə düşmən, nə dost, nə şəhid, nə vətəndaş, nə də Allah. Nəhəng, lap nəhəng, AZƏRBAYCAN olmaq var indən belə!

Jalə Mütəllimova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31