27 sentyabr – həqiqət anı!
27 Sentyabr 2021 16:25 Siyasət"Həmin tarixdə xeyirin şərə qarşı başladığı müharibənin ilk günü oldu. Azərbaycanın Vətən müharibəsinə başlamasından 1 il ötür. 1 il əvvəl Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə ilə əks-hucumla müharibəyə başladı". Bunu "Olaylar"a deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli qeyd edib ki, cahanın heç bir yerində, hətta Afrika cəngəllliklrində də belə xalqlara rast gəlmək mümkün deyil. Lakin bizim qonşuluğumuza belələri gəlib çıxıb. XIX əsrdən başlayaraq Azərbaycan torpaqlarında belə etnosun məskunlaşması tarixin acı reallığıdır. Ancaq reallığı nəzərə alaraq cinayətkarı cəzalandırmaq, haqqı, ədaləti bərpa etmək üçün tarixi məqamlar məhz 27 senyabrda yetişdi. Ordumuz bu müqəddəs missiyanı şərəflə yerinə yetirdi: "Düşməndən azad olunmuş kəndlərimizin indiki vəziyyətini sakit şəkildə seyr etmək mümkün deyil. Düşmən tarixdən silmək istədikləri həmin yaşayış məskənlərinin hətta daşını da söküblər. Ermənilərdə torpağa bağlılıq, müqəddəs yerlərə ehtiram, qonşuluq mədəniyyəti heç zaman olmayıb. Ermənilərdən fərqli olaraq Azərbaycan türklərində torpağa, yurd yerlərinə bağlılıq hər zaman güclü olub və olacaq. Bu gün dünyanın hər hansı yerində, o cümlədən Bakı şəhərində ən rahat şəraitdə yaşayan məcburi köçkün üçün öz tarixi yurd yerlərinə dönmək böyük məlhəmdir. Hər bir sağlam təfəkkürlü, təmiz qanı olan Azərbaycan türkündə torpağa bağlılıq var. Bu bağlılığı itirilmiş torpaqlarımızda, boş qalmış evlərdəki ruhların harayında axtarmaq lazımdır. 30 illik ayrılıq da bunu bir daha sübut etdi. Bu müharibə xeyirlə şərin mübarizəsidir. Hər zaman sonda xeyir qalib gəlir. Allah bütün şəhidlərimizə rəhmət eləsin".