“Azərbaycan ərazisində  heç vaxt Dağlıq Qarabağ adında  statuslu subyekt olmayacaq”- Rəfail Becanov

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Anım  Günü ilə bağlı xalqa müraciətinə münasibət  bildirən  cəbhə.info-nun  baş direktoru, siyasi ekspert Rəfail Becanov bildirib ki,27 sentyabr  bizim zəfər tariximizin başlandığı gündür:" Bu gün bizi zəfər paradına qədər gətirib çıxardı.  44 günlük müharibədə qələbə çaldıq, 30 il  işğalda olan Azərbaycan torpaqlarını işğaldan azad etdik. Azərbaycan prezidentinin bu günki çıxışı, xalqa müraciəti, bizim  zəfər müharibəmizin bütün aspektlərini bir daha  açıq göstərdi. Xüsusilə qeyd etmək lazımdır ki, Prezdentin Azərbaycan xalqına müraciətini, milli  qətiyyətini bir daha nümayiş etdirdi. Bütün  dünyaya göstərdi ki, Azərbaycan xalqı öz milli iradəsi ilə, milli qətiyyəti ilə  bütün cətinlikləri.  problemləri  aşıb keçmək gücündədir. Necə ki, Qarabağ məsləsində bunu etdi. BMT-nin dörd qətnaməsini Ermənistan  qəti şəkildə yerinə yetirmədi. Həmçinin də ATƏT-in  Minsk qrupunun həmsədirlərinin heç bir təklifinə reaksiya verilmədi. Bizim üçün müharibədən başqa çıxş yolu qoymadı. Həmişə Ermənistan tərəfindən hərbi təxribatların şahidi olurduq. Bu təxribatlar nəticəsində, bizim nəinki hərbiçilərimiz, həmçinin mülki şəxslərimiz qətlə yetirilirdi. Ona görə də 27 sentyabr 2020-ci ildə Azərbaycan xalqının  səbri daşdı. Azərbaycanın müzəffər ordusu artıq bu təxribatlara cavab vermək  məcburiyyətində qaldı.  Sentyabrın 27-də başlanan bu müharibə  Azərbaycan xalqının Ali Baş Komandanının  qətiyyətli iradəsi ilə öz zəfərini əldə etdi. Ötən ilin dekabrında 27  sentyabr Azərbaycanda   Milli Anım günü kimi qeyd olunması barədə qərar qəbul edildi. Bu günü biz Şəhidlərimizin ruhunu yad edərək, onlara rəhmət diləyərək, alnı açıq, üzüağ şəkildə qürurla qeyd edirik. Çünki bu gün  bizim torpaqlarımızın azadlığa qovuşacağı və zəfərimizin ilk günüdür. Prezident bu günki müraciətində bir sıra vacib məsələlərə toxundu. Azərbaycan cəmiyyətinə bir daha məlum oldu ki, Qarabağ məsələsi birdəfəlik həll olunur. Dünya ictimaiyyətinə çox mühüm bir mesajdır ki, Qarabağ məsələsi birdəfəlik həll olur. Azərbaycan xalqının qətiyyəti, iradəsi və məqsədi yalnız və yalnız budur.

Digər mühüm məqam status məsələsidir ki,  Prezident bəyanatında bildirdi ki, status məsələsi bitib. Kim istəyirsə öz ərazisində  başqa bir dövlət, respublika  qura bilər. Öz işidir. Azərbaycan ərazisində  heç vaxt Dağlıq Qarabağ adında  statuslu subyekt olmayacaq. Bu birmənalı mövqedir. Digər mühüm məqam isə Ermənistana verilən mesajdan ibarətdir. Əgər Ermənistanda faşizim tendensiyası baş qaldırarsa, Ermənistan sərsəm iddialarından əl çəkmərsə "Dəmir yumruq"yenidən öz əksini tapacaq. Ermənistan üçün hər gün 27 sentyabr ola bilər. Ermənistan öz hərəkətlərində diqqətli olmalıdır. Onlara təklif olunan məsələlərlə razılaşmalıdır. Çünki başqa yolu yoxdur.  Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana bir daha xəbərdarlıq etdi ki, öz yerini bilsin, Azərbaycanın təkliflərinə boyun əyməli, bizimlə razılaşmalıdır. Əks təqdirdə Ermənistanı yenidən "Dəmir yumruq" gözləyir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31