Elman Vəliyev:  “Prezidentin də dediyi kimi “dəmir yumruq” yenə öz funksiyasını icra edəcək”

Bunu  sentyabrın 27-də saat 10:00-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciəti ilə bağlı Olaylar.az-a açıqlama verən Elman Vəliyev söyləyib:

"Tarixə qızıl qələmlərlə yazılan 44 günlük qələbə müharibəmizin başlaması günündə Prezidentin xalqa müracirət edərək 30 illik status-kvonun dəyişilməsindən danışması mühüm hadisədir.  Tarixdə bu qədər qısa zamanda bu qədər geniş əraziləri azad etmək nadir olan məqamlardandır. Cəmi 44 gündə  müsbət sonluqla savaşın bitməsinə xalq-hakimiyyət birliyi, milli iradə, vahid yumruq  şəklində birləşmək, iqtidarın düzgün siyasəti, Azərbaycan ordusunun  professionallığı səbəb oldu.

Prezident çıxış zamanı qondarma respublikanın statusu məsələsinə toxundu. Vətən müharibəsindəki qələbədən sonra Ermənistan tərəfi səy göstərdi ki, qondarma respublikanın statusu məsələsini öz xeyirlərinə həll etsin. Ancaq Azərbaycan tərəfi qəti mövqe göstərərək statusun olmadığını bəyan elədi. Bu gün də bu önəmli gündə Prezidentin statusun olmadığını deməsi ermənilərin xəyallarının puç olduğunun sübutudur. İki tərəf arasında sülh hələ də təmin olunmayıb, ancaq bu istiqamətdə müsbət addımlar atılır və aydın oldu ki, tərəflər sülhə razılaşsa, qondarma respublikanın statusu ermənilər üçün problem olmaqda davam edəcək.

Ümumiyyətlə, Qarabağ konflikti Cənubi Qafqazda ən aktiv münaqişə ocağı idi. Amma Azərbaycan tərəfi beynəlxalq hüquqa dayanaraq  özünümüdafiə haqqından istifadə edərək bu münaqişəyə son qoydu. Ermənistan tərəfinin o boyda barbarlıqlar etməsinə baxmayaraq  Azərbaycan tərəfi hümanistlik, böyüklük edərək qarşı tərəfə sülh təklifi etdi, əməkdaşlıq təklifi etdi. İndi seçim qarşı tərəfdədir. Əgər ağıllı davranıb bu təkliflərə razılıq versə qazanmış olacaq. Yox əgər axmaqlıq etsə Prezidentin də dediyi kimi "dəmir yumruq" yenə öz funksiyasını icra edəcək.Amma axır vaxtlar Ermənistan tərəfi də münasibətləri nizamlamağa meyilli fikirlər səsləndirir. Bunu etməyə məcburdur, çünki blokada şəraitində yaşayır. Bundan çıxmanın yolu da razılığa getməkdir.

Zənn edirəm ki, yaxın zamanlarda tərəflər arasında diplomatiya fəaliyyət göstərəcək və razılaşmalar bərpa ediləcək. Azərbaycanın irəli sürdüyü şərtlər yerinə yetiriləcək"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31