"Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə hər gün irəliləyirdik"
27 Sentyabr 2021 13:41 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Anım Günü ilə bağlı xalqa müraciəti ictimai fikirdə geniş rezonans doğurub.
Olaylar.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, cənab prezident Milli Anım günü ilə əlaqədar xalqa müraciətində çox önəmli məsələlərə toxundu. Ümumiyyətlə ölkə ərazisində həm Anım gününün, həm də Zəfər gününün təsis olunması cənab prezidentin 2020-ci il dekabrın 2-si imzaladığı sərəncamla müəyyənləşmişdi. Əziz şəhidlərimizin xatirəsini bu gün saat 12:00-da dərin hüzün və ehtramla andıq. İşğaldan azad olunmuş bütün ərazilərimiz şəhidlərimizin göstərdiyi igidlik, şücaətin nəticəsidir. Onlar sayəsində Azərbaycan öz bütövlüyünü bərpa etdi. Şəhidlərimizin tökdükləri qan hesabına Azərbaycan böyük tarixi qələbə qazandı. Bu qələbə əbədiyyən yaşayacaq və qələbəni yaşadarkən biz hər zaman daim şəhidlərimizi yad edəcəyik . Qısa bir müddət ərzində, bir gün belə dayanmadan Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə hər gün irəliləyirdik. Bir gün belə dayanmadıq. Qızğın müharibələr getməsinə baxmayaraq , Azərbaycan ordusu davam edir, daim yeni bir ərazi əldə edirdi Hətta prezident öz şəxsi tvitter, facebook və digər sosial şəbəkə hesablarından hər gün yeni bir ərazilərimizin işğaldan azad olması ilə bağlı məlumatlar verirdi. Bu Qələbə tarixi ədalətin, beynəxalq hüququn bərqərar olunmasıdır. Azərbaycan xalqının siyasi iradəsinin təntənəsidir.
" Düşmən cəbhə xəttindən uzaq ərazilərdə olan Gəncə, Bərdədə terrorlarını törətdi. Lakin buna baxmayaraq Azərbaycanın qüdrətli xalqının iradəsini qıra bilmədi və yeganə bir amal vardı ki, öldü var döndü yoxdur. Son damla qanına qədər qəhrəman əsgərlərimiz, zabitlərimiz, vuruşdular və tarixi ədaləti bərpa etdilər. Qələbəmizə görə bu gün ciddi tədiqqatlar aparılır. Həm pilotsuz uçuş aparatlarının kordinasiyalı fəaliyyəti, həm Xüsusi Təyinatlıların çətin dağlıq əraziyə rəğmən Şuşa kimi alınmaz qalanı işğaldan azad etməsi hamının maraq dairəsindədir. Qələbənin müxtəlif aspektləri var. Xalqımızın yenilməz iradəsi, bayraq sevgisi, vətənpərvərlik ruhu eyni zamanda silahlı qüvvələrimizin peşəkarlığı, qısa müddət ərzində çətin döyüş tapşırıqlarının yerinə yetirilməsi baş verib. Qələbəmizə səbəbkar olan şəhidlərimizin əziz xatirəsi önündə baş əyirik."