Prezidentdən kəskin MESAJ: “Səbrimizin müddəti var”
27 Sentyabr 2021 13:28 Siyasət"Ermənistan 10 noyabr bəyannaməsinin şərtlərini kobudcasına pozur".
Olaylar.az bildirir ki, bunu Prezident İlham Əliyev "Anadolu agentliyi"nə müsahibəsi zamanı deyib. Ölkə başçısı Azərbaycanın bu istiqamətdə hələlik təmkinli davrandığını vurğulayıb.
"Amma səbrimizin də müddəti var. İkinci Qarabağ savaşı göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir. Ona görə Ermənistan rəhbərliyinə şans veririk ki, 10 noyabr bəyannaməsinin bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətli aparsın", - deyə prezident əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31