"Danış bizə, necədi Şəhidliyin zirvəsi?"- ELŞAD BARAT
27 Sentyabr 2021 12:38 SiyasətSalam, könüllü əsgər,
Könüllü şəhid, salam.
Bu şeiri sən danış,
Mən susuram, mən lalam.
Danış bizə, necədi
Şəhidliyin zirvəsi?
Haqqın axan çayları,
Cənnətinin meyvəsi?
Necədi anan üçün
Yuxu olmaq, səs olmaq?
Necədi vətən üçün
Ölüb müqəddəs olmaq?
Özün de, doğmalara
Uzaqdan baxmaq necə?
Səkkiz aylıq qızından
sarı darıxmaq necə?
Necə olur ananı
Ağlayanda izləmək?
O yatanda başının
Üzərində gözləmək?
Özün danış, özün de,
Vaxt ötür, gecə keçir.
Şəhidlər arasında
Qələbə necə keçir?
Dayan, hara gedirsən?
...Yaxşı yol, gülə-gülə.
Hamıya salam denən,
Hamını təbrik elə...
Elşad Barat
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31