II Fəxri xiyabanda şəhidlərin xatirəsi yad edilib
27 Sentyabr 2021 12:17 Siyasət27 sentyabr - Anım Günü ilə əlaqədar Müdafiə Nazirliyinin şəxsi heyəti II Fəxri xiyabana yürüş edib.
Olaylar.az xəbər verir ki, yürüşdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti iştirak ediblər.
Tədbirdə Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestri Azərbaycanın Dövlət Himnini səsləndirib, saat 12:00-da yaylım atəşi açılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31