Bu qələbə ilə Azərbaycan dövləti və xalqı göstərdi ki...- DEPUTAT
27 Sentyabr 2021 12:46 Siyasət"27 sentyabr 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər Gününün yazıldığı tarixin başlandığı gündür. Məhz bu gündən başlanan 44 günlük Vətən Müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin rəhbərliyi və Müzəffər Azərbaycan Ordusunun böyük qəhrəmanlığı və şücaəti ilə illərdir düşmən əsarətində qalan torpaqlarımız işğaldan azad edildi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sevinc Hüseynovanın sözlərinə görə, bu, Azərbaycan xalqı üçün əvəzolunmaz qələbə və böyük bir sevincdir. Bu qələbə ilə Azərbaycan dövləti və xalqı bir daha dünyaya öz varlığını və gücünü göstərmiş oldu. Artıq ana vətənimiz öz can parçasına qovuşub. Və möhtərəm Prezident İlham Əliyevin bildirdiyi kimi, dövlət başçısının göstərişi və rəhbərliyi ilə vətənimizin işğaldan azad olunan torpaqlarında artıq quruculuq işləri aparılmaqdadır. Bu isə öz növbəsində bütöv Azərbaycanımızın daha da inkişafına və çiçəklənməsinə gedən yoldur: "Doğrudur, torpaq uğrunda ölən varsa, Vətəndir! Bu torpaq isə illər, qərinələr boyunca uğrunda ölə biləcək qədər fədakar və rəşadətli övladlar, qəhrəmanlar yetişdirib! Və bu gün şəhidlərimizin ruhu şaddır, çünki onların qanları hədər getmədi, uğruna canlarından keçdikləri Vətən torpaqları azadlığına qovuşdu. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiram və qürurla anır, ruhları qarşısında baş əyirik! Qazilərimizə şəfa, veteranlarımıza isə can sağlığı diləyirik! Şəhidlərimizin əziz xatirələri daim qəlblərimizdə yaşayacaqdır".